Deputat Etibar Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin fəaliyyətini sərt tənqid edib.
Axin.az Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisdə çıxış edən E. Əliyev qeyd edib ki, Ramiz Mehdiyev AMEA-nı özünün istədiyi inzibati bir sistemə çevirib:
“Belə ki Ramiz Mehdiyev özünün qisasçı və inzibatçı iş sistemini AMEA-ya da gətirib. Bununla da əmək qanunvericiliyinin tələblərini kobud sürətdə pozmağa başlayıb. Xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən işçiləri işdən azad edir. Bu yaxınlarda da bir institut direktorunu bu bəndlə işdən çıxarıb. AMEA-da da bu işləri keçmiş bir Rasim Ağasiyev adlı polis işçisinə həvalə edib”.