Cəbrayılov Rafael Kamil oğlu 28 dekabr 1958-ci ildə anadan olmuşdur. 1976-cı ildə Şirvan şəhər 9 saylı orta məktəbi bitirmişdir[2].
1985-1992-ci illərdə Sabirabad rayon prokurorluğunun müstəntiqi və baş müstəntiqi, 1992-ci ildən isə Azərbaycan Respublikası Baş Prokurorluğunda müxtəlif məsul vəzifələrdə çalışmışdır.
Rütbəsi Ədliyyə müşaviridir (ədliyyə polkovnik-leytenantıdır).
III çağırış Azərbaycan Milli Məclisinin deputatı idi.
9 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilmişdir. Bitərəfdir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.
Rus və ingilis dillərini bilir. 50-dən artıq elmi-publisitik məqalənin müəllifidir.
2020-ci il Aprelin 2-sində Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.