Güc, qüvvət və yenilməzliyin simvolu kimi xarakterizə edilən narın daha bir faydası kəşf edilib.
Axin.az xarici KİV-ə istinadən bildirir ki, alimlərin apardığı araşdımalardan sonra nar qabığının koronavirusu məhv etdiyi məlum olub.
Belə ki, nar qabığı ekstraktı MERS və SARS adlı virusları, o cümlədən Covid-19-un orqanizmə mənfi təsirini azaldır və bir müddət sonra onu tamamilə sıradan çıxarır.
Xeyli sayda təcrübələr aparan mütəxəssislər, nar qabığına zəncəfil və zərdəçal da qatıldığı zaman onun daha böyük təsirə malik olduğunu bildirirblər.
Əvvəlki araşdırmalar göstərib ki, bu bitkilərin tək başına virusu məhv etmə imkanı 24 və 42% arasındadır. Lakin nar qabığı ilə birlikdə həmin faiz göstərici 80-ə qədər yüksəlir.