Parafinoterapiya həm rahatlayıcı, həm də müalicəvi və profilaktik prosedur sayılır.
Aztibb.az xəbər verir ki, müəyyən temperatura qədər qızdırılan parafin dəri ilə təmasda olduqda qan dövranını yaxşılaşdırır, toksinləri çıxarır, dəri qatını yumşaldır, dərinin cavanlaşmasını və xırda çatların sağalmasını təmin edir. Bundan əlavə bu prosedur dərini hamarlaşdırdığına görə, dəriyə liftinq effekti və baxımlı görünüş verir.
Bu prosedurdan varikoz damarları, yanıqlar, donuqluq, bir çox dəri xəstəlikləri, poliomyelit, daxili orqanların ciddi xəstəlikləri, həmçinin üz qırışları, quru dəri və ya üzdə şişkinlik olduqda, selülitlə mübarizədə istifadə olunur.
Aşağıdakı hallarda isə parafin terapiyasından imtina etmək daha yaxşıdır:
- Xroniki xəstəliklər;
- Sirroz və ya digər qaraciyər çatışmazlığı;
- Diabet;
- Artan təzyiq;
- Cilddə açıq yaralar;
- Allergiya.