26 mart tarixində bir sıra KİV-lərdə və sosial media səhifələrində guya Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət kon-servlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləşdirilib.
Axin.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bu açıqlama ilə Dövlət Sərhəd Xidməti çıxış edib.
Açıqlamada bununla əlaqədar rəsmi olaraq bildirilir ki, bu materiallar həqiqətəuyğun deyil və qərəzli xarakter daşıyır; “Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanun-vericiliyinə əsasən dövlət satınalma prosedurlarına uyğun həyata keçirilir”.