Rusiyada təhsil alan azərbaycanlı tələbələr bu ölkəyə qayıda bilərlər.
Axin.az Oxu24.com-a istinadən bildirir ki, bu barədə Rusiya Elm və Ali Təhsil Nazirliyi qərar verib.
"Rospotrebnadzor"un epidemioloji cəhətdən müsbət hesab etdiyi 25 ölkənin siyahısında Azərbaycanla yanaşı, Türkiyə, Belarus, Qazaxıstan, Qırğızıstan və digər dövlətlər də var.
Əcnəbi tələbələr Rusiyaya gəlməmişdən 10 gün əvvəl ali təhsil ocağını xəbərdar etməli, habelə yola çıxmazdan 3 gün əvvəl COVID-19 testi verməlidirlər. Rusiyaya gəldikdən sonra tələbələr 72 saat ərzində təkrar yoxlanışdan keçməlidirlər.