Gürcüstan mediasının yaydığı məlumata görə, azərbaycanlı iş adamı Nəsib Həsənov "Caucasus Online" provayderinin 100% sahibi olub.
Sfera.az-ın məlumatına görə, "Formula Biznesa” xəbər verir ki, "Caucasus Online" magistral internet rabitə kanalının sahibi Xviça Makatsariya nəzarət səhm paketini (51%) Azərbaycanın NEQSOL Holding şirkətinə satıb. Qeyd edək ki, N.Həsənovun başçılıq etdiyi "Neqsol Holding”, magistral xəttin sahibi olan "Caucasus Online” şirkətinin səhmlərinin 49%-ni hələ 2019-cu ildə əldə edib.
Amma o zaman sövdələşmə Milli Rabitə Komissiyası ilə razılaşdırılmadığından tənzimləyici bir neçə dəfə şirkətdən səhmləri əvvəlki vəziyyətinə qaytarmağı xahiş etmişdi.
Sonuncu sövdələşmə nəticəsində isə azərbaycanlı iş adamı Nəsib Həsənov "Caucasus Online"ın 100%-lik sahibi olub.