Sosial şəbəkələrin həyatımıza təsiri: Psixoloq Zəhra Zahidova "Ördək sindromu"ndan xilas olmağın yollarını açıladı - VİDEO
Cəmiyyət
22-03-2021, 14:23
Aparıcı Namidə İsayevanın təqdimatında Lider TV-də yayımlanan "Həkimim" verilişi dəvət olunan həkimlərlə aktual mövzuları müzakirə etməyə davam edir.
Sfera.az bildirir ki, veriliş insanları mütəxəssislər tərəfindən maarifləndirmək məqsədindən bu dəfə də yayınmayıb və sosial şəbəkələr haqqında əhəmiyyətli məqamlara toxunulub.
"Sosial şəbəkələrdə gördüyümüz hər şey heç də olduğu kimi bizlərə təqdim olunmur. Buna "ördək sindromu" deyirlər. Bu gün bizlər bu sindromun təsiri altında yaşayırıq. Görüb təsir altına düşdüklərimiz bizim şəxsi həyatımıza, düşüncə tərzimizə təsir edir və zamanla xəbərimiz belə olmadan sosial şəbəkələrin asılısına çevrilirik. Bu isə bizdə əsasən asosiallıq, depresiya və s. yaradır", - deyə verilişə qonaq olan ailə-uşaq psixoloqu Zəhra Zahidova qeyd edib.
"Ördək sindromu nədir?", "sosial şəbəkə asılılığından necə qurtula bilərik?" kimi suallara da veriliş zamanı aydınlıq gətirilib.
"Bu gün sosial şəbəkələrdən istifadə etməyən demək olar ki, yoxdur. Amma hər kəs sosial şəbəkədə eyni səbəb və məqsədlə istifadə etmədiyi üçün onun həyatında sosial şəbəkənin təsiri və nəticəsi də eyni olmur", - deyə verilişin aparıcısı Namidə İsayeva qeyd edib.