Mübariz Mənsimova beş illik şərti cəza verildi - Yenilənib

Cəmiyyət
5 Mar 2021
15:47


Azərbaycanlı biznesmen Mübariz Mənsimova İstanbul Məhkəməsinin qərarı ilə beş il müddədinə cəza verilib.

HİT.Az xəbər verir ki, məhkəmə qərarı ilə ona şərti cəza verilib və ölkə xaricinə çıxmasına qadağa qoyulub.

Qeyd edək ki, Mənsimov FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilib.

***

Bu gün İstanbul Ədliyyə Sarayında azərbaycanlı iş adamı Mübariz Mənsimovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın xəbərinə görə, keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, vəsatət təmin olunub və Mübariz Mənsimov məhkəmə nəzarəti altında ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, M. Mənsimov ötən ilin mart ayında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl İstanbul Cümhuriyyət Prokurorluğu M. Mənsimovun məhkəmə nəzarəti altında ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.
10.04.2021
19:20
Abasovun Honda dərdi