“Kinematoqrafçılarımız ona qarşı naxələflik etdilər, o, da bunu ürəyinə saldı...”

Cəmiyyət
5 Mar 2021
19:40


“Onun uşaq filmləri Azərbaycan kinosuna bir yenilik gətirdi. Çünki o cür istedadlı uşaqları tapmaq çətin idi”

Bunu Moderator.az-a açıqlamasında kinoşunas Aydın Kazımzadə deyib. A.Kazımzadə Ceyhun Mirzəyevin bütün bu xidmətlərinin müqabilində öz qiymətini ala bilməməsindən təəssüflənib:

“Ceyhun hələ uşaqkən Azərbaycan kinosu üçün böyük bir tapıntı idi. Amma çox təəssüf ki, o, böyüyəndən sonra Azərbaycan Kinematoqrafçıları onun qədrini bilmədilər. O, həyatdan buna görə incik getdi. Ceyhun “Mozalan”da xeyli iş gördü. Onun uşaq filmləri Azərbaycan kinosuna bir yenilik gətirdi. Çünki o cür istedadlı uşaqları tapmaq çətin idi. Bu mənada o, nəinki Azərbaycan, Sovet kinosunda böyük işlər gördü. Amma ona fəxri ad verilməsi məsələsi gündəmə gələndə bizim kinematoqrafçılarımız ona qarşı naxələflik etdilər və Ceyhun da belə şeyləri ürəyinə saldı. Çünki o, çox həssas adam idi. Bir sözlə, Ceyhun lazımı qiymətini ala bilmədi. Amma bütün bunlara baxmayaraq Ceyhun Mirzəyev Azərbaycan kinosunda iz qoydu getdi və tamaşaçılar da onu heç vaxt yaddan çıxarmırlar”.

Qeyd edək ki, bu gün aktyor Ceyhun Mirzəyevin ildönümüdür. O, 1946-cı il aprelin 9-da Ağdamn Abdal-Gülablı kəndində anadan olub. Onun 46 illik ömrünün 35 ili kino ilə bağlı olub. “Görüş”, “Ögəy ana” kimi filmlərdə hələ uşaq ikən rollara çəkilib. “Mozalan”ın bədii rəhbəri olub. Onun son filmi müharibə mövzusunda çəkilən “Fəryad” olub. C.Mirzəyev 1993-cü il martın 5-də ürək tutmasından vəfat edib.
10.04.2021
19:20
Abasovun Honda dərdi