Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Məsimli 2021-ci ilin mart ayının 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli sturuktur bölmələrinin – Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Agentliyinin, Sosial Xidmətlər Agentliyinin və Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şəki Reabilitasiya mərkəzinin rəhbərləri ilə görüş keçirmişdir.
Görüşün təşkili zamanı “COVİD-19” pandemiyasına qarşı profilaktik tədbirlərə - sosial məsafənin gözlənilməsi və digər sanitar-gigeyenik qaydalara riayət edilməsinə ciddi diqqət yetirilmişdir
Görüşdə çıxış edən Əli Məsimli, VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi, ötən dövr ərzində parlamentdəki fəaliyyəti, görülmüş işlər və perspektiv planları barədə əhatəli məlumat verdi. O, çıxışında qeyd etdi ki, vətəndaşların xüsusən də sosial cəhətdən həssas əhali qurupuna daxil olan şəxslərin dayanıqlı sosial müdafiəsinin təmin edilməsi məqsədilə həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də ki, qüvvədə olan qanunların icra prosesinin sadələşdirilməsi istiqamətində tədqiqatların aparılması və təkliflərin hazırlanması fəaliyyətinin başlıca prioriteti olmuşdur.
Vətəndaş müraciətlərinin sturukturunda işsizliklə, əllilk dərəcələrinin təyini zamanı meydana çıxan problemlərlə, ünvanlı dövlər sosial yardımının təyini ilə və bir çox digər sosial xarakterli problemlərlə bağlı müraciətlər üstünlük təşkil edir.
Pandemiyaya qarşı mübarizə istiqamətində ölkədə həyata keçirilən tədbirlər barədə məlumat verərək, karantin rejiminin tətbiq edildiyi dövrdə sadə vətəndaşların, sahibkarların və digər sosial zümrə nümayəndələrinin hüquqlarının müdafiəsi, onların sosial müdafiəsinin təşkili və təmini istiqamətində ardıcıl olaraq mühüm təkliflərlə çıxış etdiyini qeyd etdi. Bildirdi ki, sosial sferaya aid mövcud problemlərin həllinə nail ola bilməkdən ötrü bu məsələlərə dövrün real çağırışlarına cavab verən səviyyədə yanaşmanın ortaya qoyulması, mövcud qanunvericiliyin təkmilləşdirilməsi, uğurlu sadələşdirilmiş, işlək icra mexanizmlərinin düşünülərək tətbiqi vacibdir.
Rayonda əhalinin sosial müdafiəsinin təşkili sahəsində mövcud problemlərin həlli yollarının tapılması üçün bu problemlərə daha yaxından bələd olan şəxslərdən, bu işin həqiqi mütəxəssislərindən gələn təkliflərin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, daim belə təkliflərin qəbuluna hazır olduğunu bildirdi. Görüş iştirakçlarına əhalinin sosial müdafiəsinin təşkili sahəsində aktual məsələlərə öz münasibətlərini bildirməyə, müvafiq təkliflərlə çıxış etmək baxımından daha fəal mövqe ortaya qoymağa çağırdı, bu yanaşmanın və əməkdaşlığın tək hazırki görüşlə hüdudlanmayıb, bütün dövrlər üçün davamlı xarakter almasının vacibliyini problemlərin həllinin səmərəli üsullarının tapılması baxımından əhəmiyyətini qeyd etdi.
Fəal qarşılıqlı müzakirə şəraitində davam edən görüşün gedişində görüş iştirakçıları tərəfindən əhalinin sosial müdafiəsinin təşkili sahəsində rayondakı hazırki durum, mövcud problemlər barədə məlumat verilmiş, həmin problemlərin həllinə dair bir sıra təkliflər irəli sürülmüşdür.