Oğlu Yalçın Rzazadənin ölüm səbəbini açıqladı

Cəmiyyət
23 Şub 2021
10:54


Xalq artisti Yalçın Rzazadənin oğlu Mətin Rzazadə atasının ölüm səbəbini açıqlayıb.

Xalq artistinin oğlu Orxan Rzazadə Musavat.com-a açıqlamasında deyib ki, Yalçın Rzazadə mədə və ürək xəstəliyindən əziyyət çəkib. O əlavə edib ki, Y. Rzazadə Türkiyədə Heydər Əliyev Fondunun dəstəyi ilə bir il müalicə alıb.

Sənətçinin qardaşı oğlu Anar Rzayev qeyd edib ki, hələ də Mədəniyyət Nazirliyindən dəfn yeri üçün xəbər gəlməyib:
"Mehriban xanım sağ olsun, onun yaşaması üçün əlindən gələni etdi. Onun tapşırığı ilə əmim Türkiyədə müalicə aldı. Yalçın Rzazadənin ölərkən hər hansı vəsiyyəti olmayıb. Bizim güclü dövlətimiz var, düşünürük ki, xalq artistimizə lazımi dəyər veriləcək. Amma dəfnlə bağlı Mədəniyyət Nazirliyindən xəbər çıxmasa, xalq artistini Lənkəranda dəfn edəcəyik".