DİA.AZ: - "Təzə quraşdırılan mexaniki qaz sayğacı 1 həftəyə 20 azn yazıb. Bu nə deməkdir?" DİA.AZ bildirir ki, bu barədə vətəndaş Fuad Əzimov "Facebook"dakı "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşım edib.
Daha sonra narazı vətəndaş yazır:
"Gedib ərizə yazmışıq ki, gəlib sayğacı dəyişdirsinlər..."
""Azəriqaz" İB-ın yaratdığı problemlər bitmək bilmir. Gedib ərizə yazmışıq ki, gəlib sayğacı dəyişdirsinlər deyə... Hələ xəbər yoxdur.
O borc da necə silinəcək... bilmirik".
Vətəndaşın iddiası ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq...