Heç vaxt gözlərinizi ovxalamayın! Ciddi göz problemlərinə səbəb olur

Cəmiyyət
22 Şub 2021
18:47



Oftalmoloqlar gözləri ovxalamağı göz sağlamlığı üçün çox ziyanlı hesab edirlər. Bunun nəticəsində buynuzlu qişa zədələnə, cızıla bilər ki, gözdə iltihab yarana bilər.

Bundan əlavə gözlərini tez-tez ovxalayan insanlarda keratokonus inkişaf edə bilər. Keratokonus zamanı buynuzlu qişa sürtülür, nazilir və konusvari forma alır. Bu isə görmənin ciddi pozulmasına gətirib çıxardır ki, onu bir çox hallarda eynəklərin köməyi ilə korrektə etmək mümkün deyil. Müalicə olunmadığı halda keratokonus korluğa səbəb ola bilər.

Saglamolun.az bildirir ki, gözləri ovxalamaq vərdişi həm də gözətrafı dərisinin tez qocalmasına və qırışların əmələ gəlməsinə səbəb olur.

Gözünüzə yad cisim (toz, kirpik və s.) düşübsə süni göz yaşı damcıları və ya adi qaynanmış suyun köməyi ilə gözünüzü yuyun.
4.03.2021
10:45
Bakıda ev yanır