Cəlilabadda koronavirusa qarşı peyvəndləmə başlayıb

Cəmiyyət
20 Oca 2021
16:00



Cəlilabad rayonunda koronavirusa qarşı peyvəndləmə başlayıb.

"Report"un Muğan bürosu xəbər verir ki, ilk olaraq tibb işçiləri peyvənd olunublar.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanova və digər əməkdaşlarına COVID-19 əleyhinə peyvənd vurulub.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiyaya start verilib.