Azərbaycan əhalisi 56 min nəfərdən çox artıb

Cəmiyyət
20 Oca 2021
14:37



Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 56292 nəfər və ya 0,6 faiz artaraq 2020-ci il dekabr ayının 1-i vəziyyətinə 10 123 400 nəfərə çatıb.

Trend-in məlumatına görə, əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olub.