Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi, vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin notarial təsdiqi üçün dövlət rüsumunun azaldılması gözlənilir.
Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı “Dövlət rüsumu haqqında” qanunun 10.18-ci maddəsinə dəyişiklik təklif edilir.
Qeyd edək ki, qanunun hazırkı variantına əsasən, sənədlərin təsdiqi üçün 2 manat 50 qəpik dövlət rüsumu müəyyən olunub.
Qanun layihəsində isə bu notariat hərəkətinə görə rüsumun azaldılaraq 1 manat 50 qəpik səviyyəsində müəyyən edilməsi təklif olunur.
Layihə yanvarın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.