“Metropoliten əməkdaşları tibbi maskadan istifadə edir”.
Axin.az xəbər verir ki, bu barədə “Bakı Metropoliten” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Xəzər TV”nin efirində yayımlanan “Xəzər Səhər” proqramında qonaq olarkən deyib.
O bildirib ki, sərnişinlər kimi, metro işçilərinin də tibbi maskalardan istifadəsi məcburidir:
“Maşinistlər, platformada çalışan əməkdaşlarımızın hər biri tibbi maska, əlcək, spirt və ya dezinfeksiyaedici məhlullarla təmin edilir. Bu səbəbdən hər kəsdən karantin dövründə qoyulan qaydalara ciddi şəkildə riayət etmələri tövsiyə olunur”.