3,5 minə yaxın turist koronavirusla bağlı vəziyyətə görə BMT-nin Nyu-York şəhərindəki qərargahına təşkil edilən turlardan imtina edib.
“Axin.az” xəbər verir ki, bu barədə “RİA Novosti”yə təşkilatın ekskursiya bürosunun rəhbəri Vinçentso Pulieze məlumat verib.
Martın 10-u axşam saatlarından qərargahdakı ekskursiyalar dayandırılıb. V.Puliezenin sözlərinə görə, turlar azı martın 31-dək keçirilməyəcək.
Qeyd edək ki, dünəndən etibarən BMT həmçinin mənzil-qərargaha edilən bütün ziyarətləri məhdudlaşdırıb. İndi yalnız BMT ərazisinə həqiqi keçid vəsiqəsi olanlar və xüsusi tədbir nişanlarına sahib olanlar katiblik binasına buraxılacaq. Digər ziyarətçilər qeydiyyata alındıqdan sonra yalnız təşkilatın əməkdaşlarının müşayiəti ilə içəri daxil ola biləcək.