Sabirabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Axin.az”in Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaragüney kəndi ərazisində qeydə alınıb.
Avtomobil kənd sakini, 1954-cü il təvəllüdlü Qayıbov Baloğlan Əhməd oğlunu mağaza qarşısında vurub. Müxtəlif bədən xəsarətləri alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
B. Qayıbovun baytar həkim olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.