Salyanda bıçaqlanma hadisəsi baş verib.
"Report”un Aran bürosu xəbər verirki, hadisə Xıdırlı kəndində qeydə alınıb.
Kənd sakini, 1978-ci il təvəllüdlü Əhmədov Zaur Əlisəfa oğlu bədəninin kəsilmiş-deşilmiş yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onun həmkəndlisi tərəfindən bıçaqlandığı bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.