Bu cür məmurları azad edilmiş Kəlbəcərimizə yaxın buraxmaq olmaz... - İTTİHAM

Bölgə
30 Kas 2020
15:28
Bu cür məmurları azad edilmiş Kəlbəcərimizə yaxın buraxmaq olmaz... - İTTİHAM
Ölkə təhsilində baş verən gülünc hadisələr hər kəsi şoka salır. Kimi gələcək nəsillərimizi savadlı və normal vətəndaş yetişdirmək üçün çalışır, kimi də təhsili öz gəlir mənbəyi kimi görür. Əlbətdə ki, qeyd olunan nöqsanlar bütün müəllimlərə şamil olunmur. Bu günlərdə dosye.org-a Kəlbəcər rayon 108 saylı tam orta məktəbdə yaşanan hadisələrlə bağlı səs yazıları daxil oldu. Belə ki, məktəbin direktor müavini Yasəmən Sarıyeva müəllim kollektivindən 10 manatdan yığılmasını tələb edir. Daha sonra əlavə edir ki, toplanan vəsaitlə məktəbə şəhidlərlə bağlı şəkillər, Heydər Əliyev və İlham Əliyevin şəkilləri alınacaq(səs yazısında söylədiyi formada qeyd edirik). Lakin belə bir ağır gündə müəllim kollektivi Y. Sarıyeva etiraz edir. Digər bir səsyazısı isə məktəbin direktoru Ülkər Quliyevaya məxsüsdür. Maraqlı məqam ondan ibarətdir ki, məktəb direktoru nazirliyin əməkdaşını hədələyir. Etiraf edək ki, bu gün təhsil sahəsində ciddi nöqsanlar aşkarlanır və eyni zamanda onların aradan qaldırılması istiqamətində heç bir addım atılmır. Məlum məsələdir ki, cəmiyyətimizin formalaşmasında müəllimlərin əməyi danılmazdır. Məhz onların fədakarlığının nəticəsidir ki, neçə-neçə savadlı kadırlarımız bütün sahələrdə peşəkarcasına çalışır. Amma bu o demək deyil ki, bəzi müəllim adını daşıyan şəxslər öz şəxsi maraqlarını təhsilimizdən üstün tutsun. Xatırladaq ki, bir müddət öncə Təhsil Nazirinin müavini Məhəbbət xanım Əliyeva həmən məktəbdə olmuş və əvvəlki direktor Bəsti Hüseynovanı işdən azad etmişdir. Səbəb isə sosial şəbəkədə yayılan səs yazısıdır. Araşdırmalarımız davam edir…