Şamaxı Rayon İcra Hakimiyyətində daha bir kadr dəyişikliyi aparılıb. Bu barədə Axin.az-a rayondakı qaynaqlardan verilən informasiyada bildirilir.
Belə ki, başçının əmri ilə icra hakimiyyəti başçısının 1-ci müavini Qasımov Qasım Nurməhəmməd oğlu işdən azad edilib.
Qeyd edək ki, 1 həftə bundan qabaq başçının digər müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Mübariz qızı Ələkbərova və başçının köməkçisi Yaqub Arif oğlu Yaqubovda vəzifələrindəndən azad olunmuşdu. Onların heç birinin yerinə hələki təyinat olmayıb.
Onu da bildirək ki, son olaraq görəvindən ayrılan Qasım Qasımovla bağlı yerli KİV-də müxtəlif səpgili informasiyalar da yayılmışdı.