Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Axin.az"in Muğan bürosu xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb və aşıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.