Ucarda fərdi ev yandı - VİDEO

Bölgə
14 Şub 2020
10:00
Ucarda fərdi ev yandı - VİDEOUcarda yanğın hadisəsi olub.

"Axin.az"in yerli bürosunun xəbərinə görə, hadisə axşam saatlarında Alpout kəndində qeydə alınıb.

Kənd sakini, 1968-ci il təvəllüdlü Mübariz Mikayılova məxsus 2 mərtəbəli 6 otaqdan ibarət ümumi sahəsi 300 kvadratmetrlik olan fərdi yaşayış evində yanğın baş verib. Yanğın zamanı ev əşyaları ilə birlikdə tamamilə yanıb. Hadisə yerinə FHN-nin Ucar Rayon yanğından mühafizə hissəsinin yanğınsöndürən maşın və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı ölən və xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Fakt araşdırılır.
20.01.2021
12:28
Sabahın hava proqnozu