Paytaxt Bakıda 2024-cü ilin birinci yarısında pərakəndə ticarət dövriyyəsinin həcmi 4,5 faiz artaraq 15,9 milyard manata çatıb.
Sfera.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, paytaxtda ticarətin 16 faizə yaxını Nəsimi rayonunun payına düşüb.
Nəsimi rayonunda 6 ay ərzində 2,41 milyard manatlıq alver olub ki, bu da digər rayonlardakı göstəricilərdən xeyli yüksəkdir. Adıçəkilən rayonda 6 ay ərzində ticarətin həcmi 11,8 faiz artıb.
Ticarətin həcminə görə, Nəsimi rayonundan sonra növbəti yerdə Nizami rayonu qərarlaşıb. Nizamidə altı aylıq ticarətin həcmi 1,804 milyard manat təşkil edib.
Bu rayonlardan başqa Xətai (1,75 milyard manat) və Qaradağ (1,7 milyard manat) rayonunda da alverin dövriyyəsi böyük olub.
Bakının əhali sayına görə böyük rayonlarından olan Sabunçuda və Binəqədidə isə ticarətin həcmi azdır. Sabunçuda 1,65 milyard manatlıq, Binəqədidə 1,24 milyard manatlıq alver qeydə alınıb.
Axın.az