Məşğulluq mərkəzi tərəfindən göndərilmiş və sosial müdafiəyə xüsusi ehtiyacı olan, işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə görə işəgötürənər üçün -min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər aid edilir:
20 yaşadək gənclər,yetkinlikyaşına çatmayan uşaqları tərbiyə edən tək və çox uşaqlı valideynlər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər, müharibə veteranları, şəhid ailəsinin üzvləri.
Cəmiyyətdə hər bir sahə üzrə peşə, ixtisas və ya vəzifənin-ad və nüfuzunu bu ixtisaslar deyil,bu sahədə çalışan şəxs vəmütəxəssislər müəyyən edir. Bu sahələrdə olan fəaliyyət də İnsanlara - həmin peşə və ixtisası sevdirir və ya əksinə nifrət etdirir.
Əmək fəaliyyətimdə idman və inşaat (qısa müddətdə) sahəsində çalışsam da, müəyyən maliyyətlərim olsada, hüquqşünas peşəsini daha çox sevdim və bu ada layiq olmağa çalışdım. Ən çox da haqqını müdafiə etdiyin və bərpa etdiyin insanların sevinc hissi də adama daha çox işləmək həvəsi verir.
İlk dəfə Hüquqşünas kimi işə başladığım müəssisədə idarə rəisin ilk sözü mənə bu oldu: Azər müəllim bu müəssisədə hər bir vəzifəli və ya vəzifəsiz şəxs əmək hüququ və münasibətlərində mənə öz şəxsi fikrini deyə bilər, yalnız hüquqşünasdan başqa, sizdə hər zaman öz sözünüzü deyil, qanunun tələb və şərtlərini deyin, mənə yalnız qanunla necə olmalıdır, onu deyin.
Uzun müddət bir yerdə çalışdığım Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının İB-nin sədri Mirvari Qəhrəmanlı da eyni prinsiplərə malik xanımdır. Hər zaman hüquqşünas rəyinə hörmətlə yanaşır. Hüquqşünas kimi mən də hesab edirəm ki, hər bir hüquqşünas öz sözünü deyil, qanunun tələbini bildirməli, qanunun düzgün şərh və tədbiq olunmasına çalışmalı, hüquqşünas kimi davranmalı və ədalətli olmalıdır. Nə səviyyədə nail oldum bilmirəm, ancaq hüquqşünas kimi işlədiyim bütün müddətdə, bu prinsipə əməl etməyə çalışdım. Ancaq bu prinsiplə işlədiyimə görə də müxtəlif vaxtlarda, müxtəlif problem və ədalətsizliklərlədə üzləşdim.
Bu gün idarə və müəssisələrdə çalışan bir çox hüquqşünasların - hüquqşünas olmama, hüquqşünas kimi sayılmama səbəbindən biri də özlərini hüquqşünas kimi aparmamaları, işdən azad olma qorxusu ilə işəgötürənin hərbir qanunsuz qərarlarına razılıq vermələri, prinsipial olmamaları, qanun və ədaləti deyil, şəxsi maraqları naminə ədalətsiz rəy, qərar vermələridir.
Müəllif: Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - dia-az.info