Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb - FOTO

76 8-10-2022, 16:55 Araşdırma / Cəmiyyət



Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 837 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 254, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 210, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 316, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 57 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 897 464, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 385 257, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 868 656, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 381 416, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 135 nəfər təşkil edir.

XƏBƏR LENTİ