Zaqatalada mikroavtobusla avtomobil toqquşdu: Xəsarət alanlar var

40 20-09-2022, 22:07 Araşdırma / Hadisə



Zaqatalada “Mercedes Vito” mikoravtobusu ilə minik avtomobili toqquşub, xəsarət alanlar var.

Axin.Az-ın məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində üç nəfər rayon sakini aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda yaralılar müayinə edilir və şəxsiyyətləri dəqiqləşdirilir.

XƏBƏR LENTİ