FÖTE və Akif Çovdarovla iş birliyində adı hallanan Seymur İsayevin “Sipark”ı - “Utanmadan özünü reklam edir”

FÖTE və Akif Çovdarovla iş birliyində adı hallanan Seymur İsayevin “Sipark”ı - “Utanmadan özünü reklam edir”
Paytaxtın tikinti sektorunda qayda-qanun yaratmaq üçün görülən tədbirlərə və tikinti şirkətlərinin rəhbərlərinin çoxsaylı həbslərinə baxmayaraq bəzi şirkətlərin intizamsızlığı və öhdəliyin yerinə yetirməməsi davam edir.

Illərdir paytaxtın Təbriz küçəsində bina tikən “Sipark inşaat” firması vətəndaşları süründürməkdədir. İlk vaxtlarda şirkəti piar edən, efirlərdə reklamla vətəndaşları şirnikləndirən “Sipark” rəhbəri Seymur İsayev 5 ildir ki, mənzil alanların gözünü yolda qoyub.

Mənzil sahibləri şirkətin onları aldatmasından narazılıq ediblər.

Onların sözlərinə görə, neçə ildir bina tikilib təhvil verilmir, insanlar kirayələrdə qalıb və belə görünür ki, ortada ciddi maliyyə mənimsəməsi, fırıldaqçılıq elementləri mövcuddur. Əks halda mənzillər çoxdan təhvil verilərdi. Artıq müraciətlərin nəticəsi olmadığını görən, şirkətin onlara şirin vədlər verdiyini anlayan vətəndaşlar aidiyyatı qurumlara şikayət ünvanlayıblar.

Şikayətçilər bilidirblər: "Bu qədər şikayət və problemlər var, amma sözügedən şirkətin rəhbəri utanmadan şirkəti və özünü mətbuatda reklam edir, yeni "qurbanlar" axtarır".

Son olaraq isə dövlət başçısı cənab İlham Əliyevə müraciət edəcəklərini bildirirlər.

Onların sözlərinə görə, neçə ildir bina tikilib təhvil verilmir, insanlar kirayələrdə qalıb və belə görünür ki, ortada ciddi maliyyə mənimsəməsi, fırıldaqçılıq elementləri mövcuddur. Əks halda mənzillər çoxdan təhvil verilərdi. Artıq müraciətlərin nəticəsi olmadığını görən, şirkətin onlara şirin vədlər verdiyini anlayan vətəndaşlar aidiyyatı qurumlara şikayət ünvanlayıblar.

Son olaraq isə dövlət başçısı cənab İlham Əliyevə müraciət edəcəklərini bildirirlər.

Qeyd edək ki, şirkətin adı bir sıra qalmaqallı hadisələrdə, Seymur İsayevin MTN generalı Akif Çovdarovla əlaqədə hallanıb. Bu faktlar da şirkət rəhbərinin fəaliyyətində qaranlıq və müəmmalı məqamlar olduğunu təsdiqləyir. Lakin “Sipark” vətəndaşların başının altına yastıq qoyur, onları hər dəfə inandırır ki, mənzillər təhvil veriləcək. Faktiki isə illərdir bina tikilib qurtarmır.

Xatırladaq ki, Şəmkirin həbs edilən icra başçısı Alimpaşa Məmmədovla şərikli iş görmüş, rayondakı parkın bir hissəsini satmış sahibkar Famil Xəlilovla bağlı maraqlı məlumatlar var.

Alimpaşa Məmmədov rayon ərazisində tikinti işlərini “Park Kolizey” MTK adlı tikinti şirkətinə həvalə edirmiş. Şirkətin rəhbəri də iş adamı Famil Xəlilovdur.“Park Kolizey” MTK Şəmkirin ən görkəmli yerlərində çoxmərtəbəli yaşayış binaları üçün nəzərdə tutulmayan ərazilərdə tikintilər aparıb.

Həmçinin mətbuatda gedən məlumatda onun adı FÖTE ilə əlaqədə olmaqda hallanıb.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.32gun.az

Bizimlə əlaqə saxlayın