axin.az

SON DƏQİQƏ

Baş Prokurorluq polisin ölümü ilə bağlı məlumat yayıb

10-10-2021, 14:40



Oktyabrın 10-da saat 02 radələrində 1998-ci il təvəllüdlü Cəbrayıl Rayon Polis Şöbəsinin polis serjantı Toğrul Mədətlinin meyitinin Xocavənd rayonunun Binə Dərəsi kəndi ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Axin.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Araşdırmalarla müəyyən edilib ki, Toğrul Mədətli xidmətdən kənar vaxtda istintaqa məlum olmayan səbəbdən Xocavənd rayonuna getmiş və rayonun Binə Dərəsi kəndi ərazisində elektrik cərəyanı vurması səbəbindən ölüb.

Faktla bağlı hazırda Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Ekim 2021    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA