axin.az

SON DƏQİQƏ

Həkim-infeksionist: “Üçüncü doza vaksinin vurulması vacibdir”

7-10-2021, 13:38



2019-cu ilin dekabrında Çindən başlayan və dünya ölkələrində geniş yayılan koronovirus pandemiyası nəticəsində kütləvi ölüm halları müşahidə olundu.

Çox təəssüf ki, Azərbaycanda da koronavirusa yoluxmada artım qeydə alındı.

Koronavirusa qalib gəlməyin əsas üsullarından biri vaksinasiya prosesidir. Odur ki, Azərbaycan da vaksinasiya prosesinə qoşulan ilk ölkələr sırasındadır.

Son məlumata görə, Azərbaycanda koronavirus əleyhinə 8 841 520 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 837 342, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 004 178 nəfərdir.

Mütəxəssislər bildirir ki, peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster doza (üçüncü doza) ilə immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir.

Buster dozanın istifadəsi yüksək risk qrupuna daxil olanlar (tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan, xroniki xəstəliyi olan şəxslər) üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur.

İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, buster dozanın qəbulundan sonra yan fəsadlar nadir hallarda müşahidə olunub və onlar birinci və ikinci inyeksiyadan sonra üzə çıxan əlamətlərdən fərqlənmir.

Kliniki Tibbi Mərkəzin koronaviruslu xəstələrin müalicəsi şöbəsinin rəhbəri, həkim-infeksionist Fərrux Sədirov Oxu.Az-a açıqlamasında bildirib ki, artıq bütün dünyada üçüncü doza vaksinin vurulması vacib hesab olunur:

“Bu yöndə aparılan tədqiqatlar da onu deməyə əsas verir ki, qüvvətləndirici, yəni buster dozanın vurulması məqsədəuyğundur. Koronavirusun ştammlarından qorunmaq üçün buster dozanın vurulması tövsiyə olunur. Buster doza yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər”.

Həkim qeyd edib ki, üçüncü dozanın tətbiqi ilə əlaqədar artıq bir neçə müddətdir ki, araşdırmalar aparılır:

“Bir sıra ölkələrdə üçüncü dozanın effektivliyi, təhlükəsizliyi ilə əlaqədar çalışmalar artıq tamamlanmaq üzrədir. Koronavirus əleyhinə vaksinin ikinci dozasından 5-6 ay vaxt keçdikdən sonra antitellərin qoruyucu səviyyəsinin effektivliyinin aşağı düşməsi ilə əlaqədardır.

Belə olan halda gücləndirici, yəni üçüncü dozanın vurulması məsləhət görülür. Əgər birinci və ikinci doza vaksindən 150 günə yaxın vaxt keçibsə, üçüncü dozanın tətbiqi mümkündür”.
O qeyd edib ki, statistik rəqəmlərə görə, iki dozadan sonra üçüncü doza tətbiq olunan şəxslərdə qoruyuculuq artır.

Qeyd edək ki, aparılan elmi araşdırmalar və təhlillər göstərir ki, buster doza xəstəliyə yoluxmanın qarşısını almaqda effektiv rol oynayır. Xüsusilə də “Pfizer” vaksini yüksək qoruyuculuq təmin edir.

Buster dozanın insan sağlamlığı üçün ciddi fəsadı qeydə alınmayıb. Hətta tədqiqatlara görə buster doza almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb.

İlk iki dozasından asılı olmayaraq vətəndaş 6 aydan sonra üçüncü və müəyyən aralıqdan sonra dördüncü dozanı vurdura bilər.

Hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştammlarına yoluxma riski var. Ona görə də buster dozanın alınması sürətləndirilməlidir. Dünya ölkələrində də artıq buster dozanın vurulmasına başlanılıb. Koronavirusun ştammlarından qorunmaq üçün buster dozanın vurulması tövsiyə olunur”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Ekim 2021    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA