axin.az

SON DƏQİQƏ

Koronavirus milyonlarla insanı ac qoyub

7-08-2021, 14:10



Təxminən 270 milyon insan cari ildə həyat üçün təhlükəli həddə qida çatışmazlığı ilə üzləşəcək (pandemiyadan əvvəl bu rəqəm 150 milyon idi).

“The New York Times”ın məlumatına görə, bu barədə BMT proqnoz verib.

Bildirilir ki, ərzaq böhranının ən ciddi mərhələsi sayılan “aclıq həddində” olanların sayı isə 34 milyondan (ötən il) 41 milyona yüksəlib.

Qeyd edək ki, ötən həftə BMT-nin Dünya Ərzaq Proqramı qurumun Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə hesabatında, önümüzdəki dörd ay ərzində dünyanın 23 bölgəsində yüksək aclıq vəziyyətinin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

Buna səbəb kimi silahlı qarşıdurmalar, pandemiyadan gələn iqtisadi böhran və iqlim böhranı göstərilir. Hesabatda söhbətin xüsusən Afrikadan getdiyini, amma Mərkəzi Amerika, Əfqanıstan və Şimali Koreyanın da təhlükə altında olduğu vurğulanır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA