Gədəbəydə iki nəfər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.
Axın.az-ın məlumatına görə, hadisə rayonun Daryurd kəndində baş verib. Kənd sakini 1982-ci il təvəllüdlü Elməddin Şamilov həmkəndlisi 1984-cü il təvəllüdlü Anar Məhərrəmovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.