Fələstin-İsrail gərginliyi: Üç ölkə BMT TŞ-nın təcili toplanmasını istədi

Araşdırma / Hadisə
13 Mayıs 2021
13:04


Çin, Norveç və Tunis İsraillə Fələstin arasında yaranmış gərginliyə görə cümə günü BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini təklif ediblər.

Bu barədə “France Presse” məlumat yayıb.

Nəşrə diplomatik mənbələrə istinadən bildirir ki, iclas İsrail və Fələstin nümayəndələrinin iştirakı ilə açıq şəkildə keçiriləcək.

Agentlik qeyd edir ki, bu həftə BMT TŞ artıq virtual formatda sözügedən mövzuda iki qapalı iclas da keçirib.