Tatarıstanda matəm elan olundu

Araşdırma / Hadisə
11 Mayıs 2021
19:15


Rusiyanın Tatarıstan Respublikasında Kazan məktəbindəki faciədən sonra 12 may matəm elan olunub.

“RİA Novosti” xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidmətinin rəhbəri Liliya Qalimova jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Kazan şəhərinə orta məktəbdə baş vermiş silahlı insident zamanı müəllim və şagirdlər öldürülüb.