Cari ilin birinci rübündə paytaxtın pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2020-ci ilin müvafiq dövrünün səviyyəsindən real ifadədə 10,3 faiz artaraq 2 milyard 749,7 milyon manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən AXİN.AZ-a verilən məlumata görə, dövriyyənin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artaraq 51,2 faiz olub.