Ali məktəblərdə hələ ki, ənənəvi tədris bərpa olunmur.
AXİN.AZ xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov may ayının 17-dən etibarən ənənəvi tədrisin başlanması ilə əlaqədar bildirib. O qeyd edib ki, dünənki qərar bəzilərində ali məktəb və kolleclərdə də ənənəvi tədirsin bərpa olunduğu təəssüratını yaradıb:
"17 maydan etibarən yalnız orta məktəblərdə əyani tədris qismən bərpa olunur. Ali təhsil müəsisələrində yalnız praktik iş tələb edən ixtisas və fakültələrdə ənənəvi tədris davam edir".
Qeyd edək ki, Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində 17 may 2021-ci il tarixindən əyani tədris forması qismən bərpa ediləcək.