Əfqanıstan-Pakistan sərhədində Pakistan hərbçiləri əfqan silahlıları tərəfindən pusquya salınıb. Nəticədə 4 hərbçi ölüb, 6 nəfər isə yaralanıb.
AXİN.AZ xəbər verir ki, hadisə Əfqanıstanla sərhəddə yerləşən Bəluçistan əyalətinin Zob bölgəsində baş verib.
Pakistan Xarici İşlər Nazirliyi Əfqanıstandan silahlılara qarşı tədbir görülməsini tələb edib. Əfqanıstanın Paktika vilayətindəki təhlükəsizlik qüvvələri isə hücum barədə məlumatlarının olmadığını açıqlayıb.
Sərhəddə fəaliyyət göstərən silahlıların Tehrik-e-Taliban qruplaşmasının üzvləri olduğu bildirilir.