Anar Kərimov Gürcüstana səfər edəcək

Araşdırma / Hadisə
4 Mayıs 2021
14:20


Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani və Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev arasında görüş keçirilib.

AXİN.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Tərəflər həmçinin Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun bu ilin iyununda Gürcüstana baş tutacaq səfəri barədə də müzakirə aparıblar.
11.05.2021
20:00
"Real" Mendini itirdi