ABŞ-ı təmsil edən diplomat İranda binadan yıxılıb öldü

Araşdırma / Hadisə
4 Mayıs 2021
13:45


İsveçrənin Tehrandakı səfirliyinin əməkdaşı yüksək mərtəbəli binadan yıxılaraq ölüb.

AXİN.AZ xəbər verir ki, bu məlumatı İSNA agentliyi yayıb.

Məlumata görə, 51 yaşlı diplomat qadın Tehranın Kamraniya rayonunda binadan yıxılıb. Qadının cəsədinin məhkəmə tibbi ekspertizaya göndərildiyi vurğulanıb.

“Skay Nyus Arabia” televiziyası isə ölən qadının İsveçrə səfirliyində I katib vəzifəsini tutduğunu bildirib. Bu şəxsin ABŞ-ın İrandakı maraqlarının təmsilçiliyini kurasiya etdiyi qeyd edilib.
11.05.2021
20:00
"Real" Mendini itirdi