Avroliqanın final matçına nə qədər azarkeş buraxılacaq?

Araşdırma / Hadisə
4 Mayıs 2021
13:35



Bu mövsüm Polşanın Qdansk şəhərində keçiriləcək Avropa Liqasının final matçında azarkeşlər iştirak edə biləcək.

AXİN.AZ xəbər verir ki, həlledici görüşə 9500 azarkeş buraxılacaq.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Xəbərdə, final matçına stadionun tutumunun 25 faizi qədər azarkeş buraxılacağı bildirilib.

Avropa Liqasının final matçı mayın 26-da, “Qdansk” stadionunda keçiriləcək. Finalda “Mançester Yunayted” (İngiltərə) – “Roma” (İtaliya) və “Vilyarreal” (İspaniya) – “Arsenal” (İngiltərə) cütlərinin qalibləri qarşılaşacaq. Komandalar arasında keçirilən ilk oyunlarda “Mançester Yunayted” 6:2, “Vilyarreal” isə 2:1 hesablı qələbə qazanıb.
11.05.2021
20:00
"Real" Mendini itirdi