Mingəçevir şəhərində yol qəzası olub. Trend-in məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
Şəhər ərazisindən Xaldan qəsəbəsi istiqamətində hərəkətdə olan "VAZ-21099" markalı avtomobil "Ford" markalı mikroavtobusla toqquşub. Qəza nəticəsində 6 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə yollanıb.
Faktla bağlı araşdırma aparılır.