Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mənfəəti 72,9 faiz azalıb

Araşdırma / Hadisə
3 Mayıs 2021
23:30



Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) 2020-ci ili 2,225 milyon manat mənfəətlə başa vurub.

AXİN.AZ Report.az-a istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 72,9% azdır.

Ötən il AERA-nın ümumi gəlirləri 12,522 milyon manat (illik müqayisədə 6,4% çox), inzibati və əməliyyat xərcləri 10,011 milyon manat (42,8% çox), dəyərsizləşmə üzrə ehtiyat gəlirləri 1,686 milyon manat (67,3% çox), dəyərsizləşmə üzrə ehtiyat xərcləri isə 1,986 milyon manat (17,8% çox), digər gəlirləri 18 min manat (əvvəlki il olmayıb), məzənnə fərqindən gəlirləri 5 min manat (təxminən 43 dəfə çox), məzənnə fərqindən zərəri isə 10 min manat (təxminən 37 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə AREA-nın aktivləri 18,379 milyon manat olub ki, bu da illik müqayisədə 2,2 mln manat yaxud 13,45% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri təxminən 4,4% azalaraq 993 min manata, balans kapitalı isə 14,7% artaraq 17,386 milyon manata çatıb.

Xatırladaq ki, AREA ölkə prezidentinin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 7,914 milyon manatdır.
11.05.2021
20:00
"Real" Mendini itirdi