ABŞ-ın Viskonsin ştatında kazinoda atışma baş verib. Silahlı insident nəticəsində iki nəfər ölüb.
AXİN.AZ xəbər verir ki, bu barədə "FOX 11" telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə "Green-Bay" adlanan ərazidə yerləşən "Oneida" kazinosunda qeydə alınıb. Atəş nəticəsində 7 nəfər yaralanıb, 2 nəfər ölüb.
Polis şübhəli şəxsi zərərsizləşdirib. Onun məqsədli şəkildə atəş açdığı ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.