Qondarma qurumun “nümayəndəsi” Boris Avaqyanın Ermənistan parlamentə etdiyi uğursuz səfərdən sonra dövlət rəsmilərinin gözü qorxub. Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Qeyd olunur ki, onlar erməni diversantlar məsələləri ilə məşğul olan işçi qrupunun - parlamentin müstəqil deputatlarının dəvətini rədd edirlər, çünki ötən həftə Avaqyan müstəqil deputatları ziyarət etdikdən sonra vəzifəsindən azad edilib.
“Xüsusən, Xarici İşlər nazirinin müavinlərindən biri imtina edib, Müdafiə Nazirliyinin nümayəndəsi, əsirlərin məsələsi milə məşğul olan Martikyan isə Müdafiə naziri Vağarşak Harutyunyandan icazə almağı təklif edib, onun razılığından sonra parlamentə getməyə söz verib”, - deyə nəşr yazıb.