Zərdab rayonunda xırdabuynuzlu heyvanları oğurlayan 2 nəfər saxlanılıb.
AXİN.AZ-ın bölgə müxbiri xəbər verir ki, rayonun Gödəkqobu kənd sakinindən rayon polis şöbəsinə daxil olan ərizədə ona məxsus xırdabuynuzlu heyvanların oğurlanması barədə məlumat verilib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən həmin kəndin sakini Nurlan Əzizov və Qazax rayon sakini Amil Yolçuyev saxlanılıblar.
Araşdırmalar nəticəsində onların 8 baş qoyun oğurladıqları, vətəndaşa 1200 manat ziyan vurduqları müəyyən edilib. Dindirilmə zamanı N.Əzizov və A.Yolçuyev törətdikləri cinayət əməlini etiraf ediblər. Faktla bağlı araşdırma aparılır.