“Fox TV” də yayımlanan “Masumiyet” serialının çəkilişləri zamanı bədbəxt hadisə yaşanıb. Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ssenariyə əsasən müğənni Hülya Avşar aktyor Ertuğrul Postoğluna sillə vurmalı olub. Lakin Hülya ona elə sillə vurub ki, çənəsi yerindən çıxıb.
Daha sonra Avşar Postoğlundan dəfələrlə üzr istəyib və onu qohumunun çalışdığı xəstəxanaya aparıb. Xəstəxanada ilkin tibbi yardım görən Ertuğrul bir neçə gün sonra çəkiliş meydanına qayıda biləcək. Baş verən hadisədən sonra “Masumiyet”in də çəkilişləri dayandırılıb.
Xatırladaq ki, ekran işində Hülya Avşar, Deniz Çakır, Mehmet Aslantuğ, İlayda Alişan, Serkay Tütüncü və başqaları çəkilirlər.