Ermənistan 10 noyabr müqaviləsinin bəzi müddəalarının icrasını yubadır - VİDEO
Araşdırma / Hadisə
26-04-2021, 16:20
Rəsmi İrəvanın kapitulyasiyaslndan sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan 10 noyabr bəyanatının icrası davam etsə də, bəzi bəndlərin yerinə yetirilməsi yubadılır.
Bu, erməni birləşmələrinin hələ də bölgədən tam çıxarılmaması ilə bağlıdır. Halbuki üçtərəfli bəyanatın 4-cü bəndində bildirilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə qədər də uzadılır.
Bəyanatda yer alan, lakin həllini gözləyən məsələlər bununla bitmir. Ermənistan tərəfi müqavilənin bəzi müddəalarının icrasını yubandırmaqla vaxt qazanmağa çalışır.
Politoloq Tofiq Zülfüqarov 10 noyabr bəyanatında sülhməramlıların bölgədəki fəaliyyəti və statusları ilə bağlı bəyanatda yer alan bir sıra məsələlər aydınlıq gətirdi.
Xatırladaq ki, bölgədəki nəqliyyat və kommunikasiya əlaqələrinin blokdan çıxarılması, o cümlədən Ermənistanın Azərbaycanın qərb bölgələri ilə Naxçıvan MR-sıarasında nəqliyyat əlaqəsinə zəmanət verilməsi müqavilənin 9-cu bəndində əksini tapsa da, Ermənistan tərəfi bundan hələ ki, boyun qaçıqmağa çalışır. Amma Azərbaycan Prezidenti “Ermənistan tərəfi istəsə də, istəməsə də, Zəngəzur dəhlizi öz həllini tapacaq. Ya xoşluqla, ya da zorla” deməklə məsələyə qəti şəkildə nöqtə qoydu.