İsveçrədə koronavirusun Hindistan ştammına ilk yoluxma qeydə alınıb. AXİN.AZ xəbər verir ki, bu barədə ölkənin Federal Xalq Sağlamlığı İdarəsi məlumat yayıb.
"İsveçrədə COVID-19-un Hindistan variantına ilk yoluxma aşkar edilib. Söhbət tranzit hava limanından gələn sərnişindən gedir", - açıqlamada vurğulanıb.
Əlavə edilib ki, Hindistanın epidemioloji cəhətdən təhlükəli ölkələr siyahısına daxil edilməsi ilə bağlı məsləhətləşmələr aparılır.